Menu

Bakıda xanım sürücü ilə yol polisi arasında mübahisə - Video

08.05.2015, 15:29
Bakıda xanım sürücü ilə yol polisi arasında mübahisə - Video

Sürücü yol polisi tərəfindən təhqir olunduğunu bildirib

Bakıda xanım sürücü ilə yol polisi əməkdaşı arasında mübahisə yaranıb. ANS PRESS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Yayılan video xanım sürücünün idarə etdiyi avtomobilin müşahidə kamerası vasitəsilə çəkilib. Videoda görünür ki, xanım avtomobili idarə edərkən qarşıdan hansısa sürücü siqnal verir. Bu zaman yol polisi əməkdaşı xanım sürücüyə qışqırır. Yol polisinin sözlərindən sonra xanım sürücü polisə qışqırır. Təhqir olunduğunu deyən sürücü yol polisinə eyni şəkildə cavab verir.

Sonradan mübahisə böyüyür. Məsələni araşdırmaq üçün digər yol patrul xidmətinin əməkdaşları gəlir. Əvvəlcə xanımı maşından çıxardıb, avtomobili cərimə meydançasına aparmaq istəyirlər. Sonradan hansısa səbəbə görə xanım sürücünü buraxırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol