Menu

Barak Obama rusiyalıları təbrik etdi

08.05.2015, 17:32
Barak Obama rusiyalıları təbrik etdi

Qələbə Günü münasibətilə

AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, ABŞ prezidenti Barak Obama rusiyalıları Qələbə Günü münasibətilə təbrik edib və «Rusiya ilə dialoqun davam etdirilməsinə sadiqliyini» bildirib. Prezidentin Rusiya üzrə baş müşaviri Selest Uollander bunu Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyi münasibətilə Rusiyanın ABŞ-dakı səfirliyində baş tutmuş qısa söhbəti zamanı söyləyib (TASS).

«TASS»-ın müxbiri ilə söhət zamanı Selest Uollander bu barədə deyib: «Bizim prezident və onun milli təhlükəsizlik məsələləri üzrə köməkçisi yubiley münasibətilə Rusiya xalqına təbriklərini çatdırmağı məndən xahiş etdi. Bizim üçün ABŞ və Rusiya xalqlarının İkinci dünya müharibəsində birgə qələbə çalması barədəki xatirələr çox əzizdir. Mən istəməzdim ki, bu məsələdə kim isə yanılsın».

Xanım Selest əlavə edib ki, Rusiya səfiri Sergey Kislyakın onu bu ümumi bayrama dəvət etməsini şərəf hesab edir: «Burada iştirak etmək - müharibədə həlk olanların xariəsini hamı ilə birlikdə yad etmək mənim üçün şərəfdir... Məlumdur ki, hazırda bizim münasibətlərimizin mürəkkəb mərhələsidir. Aramızda Avropanın təhlükəsizliyinin əsasları və qlobal dünya düzəni məsələləri istiqamətində çox, lar çox fikir ayrılıqları var. Buna baxmayaraq, prezident Obama Rusiya ilə mübahisəli məsələlərin həllində dialoqun davam etdirilməsinə sadiqliyini saxlayır. Dövlət katibi Kerri də rusiyalı həmkarı Lavrovla maraqlarımızın üs-üstə düşən məqamların müzakirəsinə sadiqliyini ifadə edir... ».

Həmin məqamlara misal olaraq, Uollander iki ölkənin İrana və Suriyaya yönəlik yanaşmasını önə çəkib: «Biz, hər birimizin tövhə verə biləcəyimiz sahələr üzrə işləməkdən çəkinmək fikrində deyilik...»

Bunun ardınca xanım Selest dərhal fikir ayrılıqlarına da diqqət yönəltdib və buna bir misal olaraq, Ukrayna münaqişəsini xatırladıb.

Uollander öz adından bildirib ki, Vaşinqtondakı Rusiya səfiri ilə «gözəl münasibət»ləri formalaşıb və o, «hər dəfə səfirliyə sevinc hissi ilə gəlir...»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol