Milli Məclisin deputatları Mübariz Qurbanlı, Mirkazım Kazımov və Siyavuş Novruzov srağagün üzləşdiyi haqsızlıqlara görə Həmkarlar Konfederasiyasının qarşısında özünü yandıran və hazırda 5 saylı xəstəxanada müalicə olunan Qarabağ qazisi Zaur Həsənova baş çəkib, xəstənin vəziyyəti ilə maraqlanıb, onun barəsində həkimlərlə söhbət ediblər.

Bu barədə musavat.com-a xəbər verən reportyorumuzun sözlərinə görə, deputatlar bildiriblər ki, bu hadisə sosial səciyyəli məsələdir və yaxın günlərdə öz həllini tapacaq.

Əməkdaşımızın verdiyi xəbərə görə, xəstəxananın qarşısında 50-yə qədər Qarabağ qazisi toplaşıb. Bundan başqa, əraziyə xeyli polis qüvvələri də cəlb edilib. Onlar bu hadisə ilə bağlı etiraz aksiya keçirilməsi ehtimalına qarşı səfərbər olunublar.