Menu

Qırğızıstan "Putinin SSRİ-si"nə üzv oldu

08.05.2015, 21:41
Qırğızıstan "Putinin SSRİ-si"nə üzv oldu

Qırğızıstan Avrasiya İqtisadi Birliyinə daxil olub.APA-nın verdiyi məlumata görə, bu barədə sənəd bu gün Kremldə keçirilən Avrasiya İqtisadi Birliyi İqtisadi Şurasının iclasında imzalanıb. Avrasiya İqtisadi Birliyi ölkələri Qırğızıstanın təşkilata qəbul olunması haqqında qərar qəbul ediblər.

Qırğızıstan prezidenti Almazbek Atambayev ölkəsinin Avrasiya İqtisadi Birliyinə qoşulması haqqında sənədin imzalandığını təsdiq edib: "Biz, əlbəttə ki, bütün bu sənədləri imzalayacağıq. Necə deyərlər, geriyə yol yoxdur".

Beləliklə, Qırğızıstan Avrasiya İqtisadi Birliyinə qoşulan sayca 5-ci ölkə olub.

2015-ci ilin yanvarın 1-də yaradılan təşkilata Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol