Ötən il ölənlərin sayı 207 nəfər təşkil edib
AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, cari ilin əvvəlindən mayın 7-nə qədərki dövr ərzində Aralıq dənizində Avropaya keçmək istəyən 1829 nəfər miqrant həlak olub. Bu rəqəmləri Beynəlxalq miqrasiya təşkilatı dərc edib («TASS»).
Təşkilatın rəsmi nümayəndəsi Coel Millman Cenevrədə keçirilən brifinqdə bəyan edib ki, baş verənlər bu il qaçaqmalçıların fəaliyyət tərzini dəyişdiyini göstərir: «Qısa zaman kəsiyində çoxlu sayda miqrant gəlir...».
Millmanın sözlərinə görə, ötən il mayın 7-nə qədər Aralıq dənizində həlak olanların sayı 207 nəfər olub: «Beynəlxalq miqrasiya təşkilatı Aralıq dənizində baş verən faciələrin «beynəlxalq səviyyədə tammiqyaslı» araşdırılmasına çağırır».
Nümayəndənin verdiyi məlumata görə, bu ilin əvvəlindən İtaliyaya 34570 miqrant gəlib. Onlar əsasən, Eriteriyalılardan (5388), Somalilərdən (3717), Nigeriyalılardan (2789), Qambiyalılardan (2099) və Suriyalılardan (2091) ibarətdir.
AzPolitika.info


Şərhlər