Menu

"Şərq Tərəfdaşlığı” ölkələrinin ticarət nazirlərinin görüşü keçirilib

09.05.2015, 13:52
"Şərq Tərəfdaşlığı” ölkələrinin ticarət nazirlərinin görüşü keçirilib

Mayın 7-də Brüssel şəhərində Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin ticarət nazirlərinin birinci qeyri-rəsmi görüşü keçirilib. Ticarət üzrə Avropa komissarı Sesiliya Malmströmün sədrliyi ilə keçirilən görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə “Şərq Tərəfdaşlığı” ölkələri ilə Aİ arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. M. Məmmədquliyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanın dinamik iqtisadi inkişafı davam edir və milli iqtisadiyyatın diversifikasiyası məqsədilə qeyri-neft sektorunun və bu xüsusda ixracyönümlü sahələrin inkişaf etdirilməsi Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsasını təşkil edir. Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu söyləyən nazir müavini ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş potensialın mövcud olduğunu deyib.

Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan məhsulların Avropaya qeyri-qanuni şəkildə idxal hallarından narahatlığını ifadə edən M. Məmmədquliyev bu halların qarşısının alınması məqsədilə Aİ tərəfindən zəruri tədbirlərin görülməsinin vacibliyini xüsusilə vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol