Menu

Krımda Stalinin xatirə lövhəsi açıldı - FOTO

09.05.2015, 15:43
Krımda Stalinin xatirə lövhəsi açıldı - FOTO

Mayın 8-də Krımın Simferopol şəhərində Stalinin şərəfinə vurulmuş xatirə lövhəsinin açılışı olub.

«RIA Novosti» bildirir ki, lövhə Krım Kommunist Partiyasının binasının lövhəsinə vurulub.

Açılış mərasimində 100-dək adam iştirak edib. Onların arasında İkinci Dünya müharibəsi veteranları da olub. Onlar əllərində SSRİ bayrağı, Qələbə şüarları, Kommunist Partiyasının simvollarını və Stalin-in portretini tutublar.

Rusiya Kommunist Partiyasının Krım təşkilatının sədri Oleg Solomakhin «RIA Novosti»yə deyib ki, onlar xatirə lövhəsini əvvəllər də vura bilərdilər, amma Ukrayna hakimiyyəti bunu qadağan etmişdi. Onun bildirdiyinə görə, Stalin-in Krımda xatirəsini əbədiləşdirmək üçün başqa aksiyalar da planlaşdırıblar.

Rusiya ötən ilin fevralında Krımı ilhaq edib, sakinlərinə Rusiya pasportu paylayıb. Bundan sonra Ukrayna böhranı başlayıb. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol