ABŞ Dövlət Departamenti rəhbərinin birinci müavini Antony Blinken mətbuat-konfransı vaxtı Ukrayna şərqindəki zorakılığın “az qala müstəsna şəkildə separatçılar və onları dəstəkləyən Rusiya tərəfindən” irəli gəldiyini deyib.
Onun sözlərinə görə Minsk razılaşmalarının imzalandığı sentyabr ayında müəyyən edilmiş ayırıcı xəttə nəzər yetirilərsə hazırkı hərbi hərəkətlərin hər bir mərkəzinin ondan qərbə doğru yerləşdiyini görmək olar.
Başqa bir sözlə Rusiyanın dəstəklədiyi separatçılar öz ərazilərini genişləndirməyə çalışırlar, Antony Blinken deyib.
ABŞ rəsmisinə əsasən Ukrayna Minsk razılaşmaları üzrə öhdəliklərini yerinı yetirmək üçün əhəmiyyətli səylər göstərib.
Antony Blinken Ukrayna ərazi bütövlüyünün bərpası ilə böhranın həllində vasitə hesab etdiyi Minsk razılaşmalarına Vaşinqton dəstəyini təsdiqləyib.
Moskva müstəqilliyini elan etmiş “DXR” və “LXR”-ə hərbi dəstək barədə Qərbin ittihamlarını rədd edir və münaqişənin sülh yolu ilə çözümündə maraqlı olduğunu bildirir.


Şərhlər