Menu

Hərbi təyyarə düşdü: 8 ölü - FOTO

09.05.2015, 18:44
Hərbi təyyarə düşdü: 8 ölü - FOTO

İspaniyanın Sevilya şəhərində aviaqəza nəticəsində ən azı 8 nəfər ölüb.ANS PRESS-in məlumatına görə, bu barədə hökumət başçısı Mariano Raxoy açıqlama verib.Baş nazirin sözlərinə görə, qəzaya uğrayan "A400M" hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 8-10 nəfər olub və onların hamısı həlak olub.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına əsasən, təyyarə günorta saatlarında havaya qalxandan bir az sonra "Coca-Cola" zavodunun ərazisinə düşüb.

Hadisənin səbəbləri hələ məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol