Fransanın “Pari Sen-Jermen” (PSJ) klubunun dünyaca məşhur forvardı Zlatan İbrahimoviçin Türkiyənin “Qalatasaray” klubu ilə danışıqlar aparması rəsmən təsdiq olunub. Axar.az Hürriyət qəzetinə istinadən xəbər verir ki, İbrahimoviçin meneceri Mino Raiola “Qalatasaray” klubu ilə danışıqlar aparıldığını təsdiqləyib.
Onun sözlərinə görə, futbolçuya “Qalatasaray”dan başqa İtaliyanın “Milan”, İngiltərənin “Tottenhem” klubları da elçi düşüb. Xatırladaq ki, bir neçə gün öncə İtaliyanın “Corriere della Sera” qəzeti fransız klubunun ulduz futbolçunun 2016-cı ilə qədər yüksək məbləğli müqaviləsindən qurtulmaq üçün onun transferinə icazə verdiyini iddia etmişdi.


Şərhlər