Çeçenistan lideri Ramzan Kadırov Noja-Yurt rayonunun polis rəisi Nazhud Quşiqova 17 yaşlı məktəbli qızı ikinci arvad etməsinə icazə verib.
ANS PRESS-in məlumatına görə, yerli telekanal Kadırovun bu izdivaca razılıq verdiyini bildirib. Kadırov adam göndərib qızın valideynlərinin bu toya razı olub-olmadığını öyrənib.
Çeçenistan liderinin də dəvət edildiyi toy sabah olacaq.
Qeyd edək ki, Rusiyada ikiarvadlılıq qadağandır. Ölkədə nikah yaşı 18-dir. Bir neçə il əvvəl Kadırov qız qaçırılmasını və nikah yaşına çatmayanlarla evlənməyi qadağan edib.


Şərhlər