Menu

"Bu, tək dövlət deyil, ümumxalq tədbiridir" - Əli Həsənov

10.05.2015, 11:16
"Bu, tək dövlət deyil, ümumxalq tədbiridir" - Əli Həsənov

"Azərbaycan Avropa Oyunları ilə əlaqədar ortaya yüksək standartlar qoyacaq"

"Azərbaycan xalqı bu il keçiriləcək ilk Avropa Oyunlarına ciddi hazırlaşır. Bu, tək dövlət deyil, ümumxalq tədbiridir".

APA-nın məlumatına görə, bunu Azərbaycanın prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

"Biz Avropa Oyunlarından istifadə edərək, Azərbaycan xalqının mədəniyyətini, torpaqlarımızın işğal faktını, Azərbaycanın bölgədə yürütdüyü siyasəti, qazandığımız uğurları dünya ictimaiyyətinə çatdıracağıq, - deyə Ə. Həsənov qeyd edib.

O, Azərbaycanda bayram əhval ruhiyyəsi yaşandığını vurğulayıb: "Biz Avropa Oyunları ilə bağlı ortaya yüksək standartlar qoyacağıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol