Menu

Həbsxanada qiyam: 20 nəfər yaralandı

11.05.2015, 11:04
Həbsxanada qiyam: 20 nəfər yaralandı

Rusiyada həbsxanada qiyam baş verib. APA-nın “Vesti”yə istinadən verdiyi məlumata görə, hadisə Başqırdıstanda qeydə alınıb.

İğtişaşlar nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan altı nəfər xəstəxanaya yerləşdirilib.

Qiyam 100-dək məhbusun mövcud rejimin yüngülləşdirilməsi və həbsxana dükanındakı məhsulların qiymətinin azaldılması tələbindən sonra baş verib. Etiraz əlaməti olaraq onlar digər məhbuslara xəsarətlər yetiriblər.

Hazırda faktla bağlı araşdırma aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol