Menu

Müxalifətlə ABŞ səfirinin görüşü 3 saat çəkdi

11.09.2013, 14:12
Müxalifətlə ABŞ səfirinin görüşü 3 saat çəkdi

ABŞ-ın Azərbaycan böyükeliçisi Riçard Morninqsarla Azərbaycan müxalifət liderlərinin görüşü başa çatıb. 3 saata yaxın davam edən görüşdə tərəflər Azərbaycandakı seçkiöncəsi durumu, müxalifət düşərgəsinin şanslarını, hakimiyyət-müxalifət münasibətlərinin indiki durumunu müzakirə edib. “Yeni Müsavat” xəbəri toplantıya qatılan partiya liderlərindən biridən alıb.Ancaq öncədən əldə edilən razılaşmaya görə, görüşün təfərrüatları açıqlanmır.

Öncədən xəbər verildiyi kimi, böyükelçi Morninqstarın təşşəbbüsü ilə keçirilən görüşdə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, El hərəkatının sədri Eldar Namazov, Ümid Partiyasının sədri İqbal Ağazadə, ReAL hərəkatının təmsilçisi Erkin Qədirli iştirak edib.

Onu da vurğulayaq ki, bu, son aylarda Riçard Morninqstarın müxalifət liderləri ilə 4-cü görüşdür.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol