Menu

Çin Rusiyanı parada dəvət edir

11.05.2015, 11:20
Çin Rusiyanı parada dəvət edir

Çinin Müdafiə Nazirliyi mayın 11-də bildirib ki, Çin Rusiya əsgərlərini 2-ci dünya müharibəsinin bitməsinin ildönümünü qeyd etmək üçün sentyabrda Pekində keçiriləcək parada dəvət edib.

Çin prezidenti Xi Jinping mayın 9-da Moskvada nasizm üzərində qələbənin 70-ci ildönümü paradına qatılıb.

Müdafiə Nazirliyinin məlumatına görə, bu səfər “Çin-Rusiya hərtərəfli strateji tərəfdaşlığını yeni səviyyəyə qaldırıb”.

Qərb liderləri isə Rusiyanın Krımı qanunsuz anneksiya etməsi və Ukraynanın şərqində rusiyapərəst separatçılara dəstəyinə görə Moskva paradını boykot edib ("Azadlıq" radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol