Neft qiymətləri, dünyanın ən böyük enerji istehlakçısı Çində dünən həyata keçirilən faiz endiriminin yavaşlayan iqtisadiyyatı canlandıraraq tələbatı artıracağına və qlobal təklif artıqlığının azalacağına dair inam yaratması ilə bərabər bu gün üfüqi səviyyədə qaldı.
Ötən həftənin tamamında 1.6 faiz düşən Brent nefti, bu gün 65.29 dollardan ticarət olunur. ABŞ xam neftinin barrelinin qiyməti 12 cent düşərək 59.27 dollara gerilədi.
Brent xam neftinin 2015-ci ilin zirvəsini gördüyü 4 həftəlik artımı ötən həftə Avropa və Afrikada təklif artıqlığının yaranmasl qiymətləri aşağı çəkməsilə başa çatıb.


Şərhlər