«The New York Times» qəzeti redaksiya məqaləsində yazır ki, prezident Obamanın bu həftə ərəb liderləri ilə görüşü skeptik Körfəz ölkələrini İranla mümkün nüvə sazişinin regional sabitliyə təhlükə deyil, bir imkan olmasına inandırmağa bir şansdır.
Məqalədə deyilir ki, Körfəz liderlərini dilxor edən nüvə sazişinin başqa bir məqamı – iqtisadi sanksiyaların qaldırılması və dondurulmuş milyardlarla dolların buraxılması, yeni xarici investisiyanın cəlbidir: «Körfəz ölkələri qorxurlar ki, bu, İranın regionda nüfuzunu gücləndirə və «Hizbullah» kimi silahlı qrupların dəstəklənməsi üçün əlavə resurslara yol aça bilər».
«Onlar həmçinin narahatdırlar ki, İranla 30 illik düşmənçiliyə son qoymağa can atan Birləşmiş Ştatlara daha regional təhlükəsizliyə görə bel bağlamaq olmaz. Bu məsələdə cənab Obamanın cavabı daha mürəkkəbdir. O, daha aydın təhlükəsizlik təminatı verə bilər, ancaq ərəb liderlərinin bir müddətdir təkid etdiyi, NATO kimi bir formal pakt yaratmaq ideyasını rədd etməlidir. Birləşmiş Ştatlar Yaxın Şərq münaqişələrinə cəlb olunmamalıdır», - yazıda deyilir. /Azadlıq radiosu


Şərhlər