Menu

İran erməniləri məyus etdi

11.05.2015, 16:20
İran erməniləri məyus etdi

Rəsmi Tehran Dağlıq Qarabağda keçirilən seçkiləri tanımadı

İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və buna hörmətlə yanaşır. Anspress-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mərziyyə Əfğam bildirib.

O, Tehranda keçirdiyi ənənəvi həftəlik brifinqdə deyib ki, rəsmi Tehran Dağlıq Qarabağda keçirilən qondarma parlament seçkilərini tanımır və hesab edir ki, belə addımlar münaqişənin aradan qaldırılması üçün aparılan danışıqlar prosesini çətinləşdirir.

Onun sözlərinə görə, İran regionda sülh, təhlükəsizlik və sabitliyi poza biləcək istənilən fəaliyyətin əleyhinədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol