Menu

Avro ucuzlaşmağa başladı

11.05.2015, 18:05
Avro ucuzlaşmağa başladı

Bu gün Avro, investorların Avro Bölgəsinin üzvü olan dövlətlərin maliyyə nazirlərinin Yunanıstan ilə həyata keçiriləcək "islahat müqabilində pul" danışıqlarına dair pessimist olmaları ilə əlaqədar böyük pul vahidlərinin çoxu qarşısında aşağı düşür.

Yunanıstan sabahdan etibarən Beynəlxalq Valyuta Fonduna (BVF) 750 milyon Avro pul ödəməlidir.

Yunanıstan, iflasa düşmək və Avro zonasından çıxmaq təhlükəsi ilə üz-üzədir. Danışıqlar ləng sürətdə davam edərkən, kreditorlar bu gün Avro bölgəsi maliyyə nazirləri arasında keçiriləcək görüşdə Yunanıstan üçün qəti qərara gəlmə ehtimalı olmadığını bildiriblər.

Avro bu gün dollar qarşısında 1.1148 səviyyəsinə geriləyib.

Avro, Avropa iqtisadiyyatına yönələn mənzərənin yaxşılaşması və Avro Bölgəsi istiqrazlarının gəlirlərinin sürətlə yüksəlməsilə ötən Cümə günü son iki ayın zirvəsi olan 1.1392-yə yüksəlmişdi.

Avro, funt-sterlinq qarşısında isə 0.7% dəyər itirərək 72.010 səviyyəsinə enib.

"ÖDƏMƏNİ EDƏCƏYİK"

Yunanıstanın maliyyə naziri Yanis Varoufakis, Beynəlxalq Valyuta Fonduna (BVF) lazımi ödəmələri sabah keçirəcəklərini söyləyib.

Varoufakis "Yunanıstan kreditorları qarşısında olan öhdəliyini hər zaman yerinə yetirəcək. Sabah da qətiyyən bunu edəcəyik" deyə bildirib.

O, bu gün Avro Zonasındakı həmkarları ilə keçirəcəyi görüşdə əlavə vəsaitin təmin olunması üçün gözlənilən anlaşma üçün məsafə qət ediləcəyini bildirib.

Varoufakis "Bugünkü toplantıdan gözləntimiz qurumlarla qət etdiyimiz məsafənin gücləndirilməsi olacaq" deyib.

Avro Bölgəsi maliyyə nazirləri bu gün Brüsseldə toplaşaraq Yunanıstan məsələsini müzakirə edəcəklər. Eurogroup Prezidenti Jeroen Dijsselbloem, bu gün bir anlaşma olmasını gözləmədiyini söyləmişdi. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol