Menu

Kerri sabah Türkiyəyə gedəcək

11.05.2015, 18:20
Kerri sabah Türkiyəyə gedəcək

ABŞ dövlət katibi Con Kerri Soçidə Rusiya rəhbərliyi ilə görüşdükdən sonra mayın 12-də NATO üzrə müttəfiqlərlə məsləhətləşmələr aparmaq üçün Türkiyəyə yollanacaq. Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmisi Mari Xarf deyib.

Xarf bildirib ki, Kerri mayın 11-də Soçiyə yollanacaq və burada Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və Rusiyanın digər rəsmi şəxsləri görüşüb ikitərəfli və regional problemləri, o sırada İran, Suriya, Ukrayna mövzularında ən geniş spektrli məsələləri müzakirə edəcək.

Daha sonra ABŞ xarici siyasət idarəsinin başçısı Antalyaya – NATO xarici işlər nazirlərinin sammitinə gedəcək. “Bundan sonra o Vaşinqtona qayıdacaq və prezident Barak Obamanın İran körfəzi ölkələrinin liderləri ilə danışıqlarında iştirak edəcək” - əlavə edib Departament rəsmisi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol