Menu

Kraldan təhlükəli qərar

11.05.2015, 18:42
Kraldan təhlükəli qərar

Səudiyyə Ərəbistanının quru qoşunları Yəmən sərhədinə cəmlənib

Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri ağır hərbi texnikalarını Yəmənlə sərhəddə yerləşən Nadjran şəhəri ərazisinə cəmləyir. Anspress-in məlumatına görə, bu haqda Səudiyyə telekanalları xəbər yayıb.

Ordunun hərəkətə gətirilməsinə səbəb husilər tərəfindən Nadjranın atəşə tutulmasıdır. Hücum nəticəsində bir nəfər Pakistan vətəndaşı həlak olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəməndə Husilərə havadan hərbi əməliyyatlar keçirir. Əməliyyatlar zamanı xeyli sayda üsyançı ilə yanaşı dinc sakinlər də həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol