Menu

Ordu rəhbərliyi Ərdoğanın yanında yer aldı- Generaldan açıqlama

28.12.2013, 14:49
Ordu rəhbərliyi Ərdoğanın yanında yer aldı- Generaldan açıqlama

AKP-nin əlində Gülən Camaatını bitirəcək arxiv var

“Nazir övladlarının evinə pul sayma maşını qoyan şəxslər "Ergenekon" və "Balyoz" hadisələrində də eyni taktikadan istifadə etmişdilər”. “Axar.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Baş Qərargah rəisi Necdət Özəl çıxış edib.

O, ordu üçün yeni oyun qurulduğunu və bunun daxildə kifayət qədər narahatçılıq yaratdığını bildirib: “Onlar (Gülən hərəkatı.- Red.) Ergenokon və Balyoz əməliyyatlarında da eyni taktikadan istifadə etmişdilər. Əsgərlərin evlərinə sənədlər atmışdılar. Komandirlərə də eyni oyun oynanmışdı”.

General bir daha vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri hər zaman siyasətdən kənarda dayanacaq.

Bu arada "Bir gün" qəzetinə müsahibə verən jurnalist Əhməd Şık gündəmə damğasına vuracaq maraqlı açıqlamalar verib. Polis təşkilatı içində yer alan Gülən Camaatı ilə bağlı yazdığı kitab üzündən aylarla həbs yatmış A.Şık, AKP-Camaat davasının arxa planını müsahibəsində bildirib: "Wikileaks sənədlərinin içində bir kripto var. Kriptoda, adları keçən beş adamın İslami Cihad Birliyi adlı bir təşkilatın üzvü olduğu və ABŞ hava sahəsi üçün təhlükə yaratdığı bildirilir. Adlardan dördü Əl Kaidə və.s radikal dinci təşkilatlarla əlaqədardır. Amma bizi maraqlandıran ad beşinci addır. O ad, Hənəfi Avcının əsassız olaraq həbs edilməsinə səbəb olan kitabında adı çəkilən və Camaatının Təhlükəsizlikdən məsul imamı deyə

göstərilən O. H. Ö -dür. İddia edilən odur ki, Ö. H. O. Camaatın arxivlərini daşıdığı ABŞ-da hava limanında FBI tərəfindən nəzarətə alınır. Ələ keçərilən arxivlər də əlaqədar şəxslər tərəfindən Türkiyə Baş Nazirliyinə çatdırılır. Ərdoğanın təlimatıyla Milli Kəşfiyyat Təşkilatının başçısı Hakan Fidan da bu arxivlərdən yola çıxaraq Camaatla əlaqədar bir hesabat hazırlayır. Ardından da dövlət içində geniş yer alan "Camaatçı heyyət təmizliyi" başladılır. Əgər bu iddialar doğrudursa onda hökumətin əlində Türkiyə tarixinin ən böyük cinayət işini açacaq bir arxiv var."

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol