Düzəltmək üçün vəsaiti dünya ictimaiyyətindən umurlar...
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXC) dünən dünya ictimaiyyətini İraq əhalisinə 38,5 milyon dollar həcmində yardım göstərməyə çağırıb. Qeyd edilir ki, bu vəsait ölkə daxilində öz ev-eşiyini tərk etməyə məcbur olmuş insanlara köməklik göstərmək üçün gərək olub («TASS»).
BQXK-nin məlumatına görə, 2014-cü ilin əvvəlindən İraq daxilində yaşayış yerini məcburi tərk edən insanların sayı 300 min nəfər artaraq 2,7 milyon nəfərə çatıb. Bunun səbəbi kimi, ölkənin müxtəlif rayonlarında döyüşlərin şiddətlənməsi göstərilir.
Hazırda İraqda 5 günlük səfərdə olan BQXC-nin əməliyyat rəhbəri Dominik Stillhart bu barədə deyib: «Döyüşlərin getdiyi rayonlarda həyati əhəmiyyətli infrastruktur dağılıb. Bu da müxtəlif xidmətlərin - su təchizatı və səhiyyə xidmətlərinin kəmiyyət və keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərib. Əlavə vəsait 900 min nəfərə gömək göstərməyə imkan verəcək. İsti yay mövsümünün yaxınlaşması ilə bağlı əhalinin su təchizatı məsələsi prioritetimiz olacaq. Bu pullar həm də döyüşlər zamanı zədələnmiş və ya dağıdılmış səhiyyə müəssisələrinin bərpası və saxlanmasına kömək edəcək...».
Stillhartın sözlərinə görə, yerdəyişməyə məruz qalmış şəxslər indi acınacanqlı şəraitdə yaşayırlar. Onların çoxu hücumlara məruz qalır və qorxudulur.
İlin əvvəlindən milyondan artıq iraqlı BQXK-dən ərzaq yardımı («ərzaq dəsti») alıb, 45 müalicə müəssisəsinə dərmanlar verilib, 400 min nəfərin yaşadığı məntəqələrdə əhalinin su təchizatı BQXK-nin köməyi sayəsində yaxşılaşdırılıb.
Maraqlı bir məqama da diqqət yetirmək istərdik. İraqdakı müharibəni başlayan ABŞ və müttəfiqləri olsa da, BQXK onların alt-üst etdiyi bu ölkənin əhalisinə köməyi «dünya ictimaiyyəti»ndən umur! İbrət götürüləsidir, deyilmi?..
AzPolitika.info


Şərhlər