Bakıda daha bir nəfər özünü yandırıb. Hadisə metronun Xalqlar Dostluğu stansiyasından Yeni Günəşliyə gedən istiqamətdə, "İnterpetrol" yanacaq doldurma məntəqəsi ərazisində baş verib. Özünü yandıran kişidir. Bu barədə azadliq.info-ya hadisə şahidi məlumat verib. Şahidin sözlərinə görə, özünü yandıran şəxsin vəziyyəti ağırdır.
Şahid ətrafdakılara istinadla deyir ki, polis özünü yandıran şəxsə mane olmaq istəyib və onun hərəkətinin səbəbini soruşub. Kişi işsiz olduğunu, ailəsinə çörəkpulu apara, evə gedib ailəsinin üzünə baxa bilmədiyini deyib və özünü yandırıb.
Hadisə yerinə təcili yardım çağırılıb və yaralı xəstəxanaya çatdırılıb. Hadisə baş verən saatlarda ərazidə böyük tıxac yaranıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs 1967-ci il təvəllüdlü Ələkbərov Arzu Sultan oğludur. O 5 saylı şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.


Şərhlər