Menu

Kriminal avtoritetin öldürülməsi ilə bağlı əməliyyat: 9 nəfər həbs edildi

12.05.2015, 15:17
Kriminal avtoritetin öldürülməsi ilə bağlı əməliyyat: 9 nəfər həbs edildi

Türkiyədə məşhur kriminal avtoritet Əli Əkbər Akgünün işıqforda maşınının içində öldürülməsi ilə bağlı ikinci əməliyyat dalğası başladılıb.Medianews.az -ın məlumatına görə, keçirilən əməliyyatda 9 nəfər həbs edilib. 24 dekabr 2014-cü ildə baş verən hadisədə Əli Əkbər Akgün işıqforda silahlı hücuma məruz qalmışdı. Narkotik vasitələrə görə baş verdiyi bildirilən hadisədən sonra polis tərəfindən əməliyyat keçirilmiş, 6 nəfər həbs edilmişdi.

Onlardan ikisinin killer olduğu iddia edilirdi. Məhkəmə qərarı ilə onlardan 4-ü sərbəst buraxılmışdı. Killer olduğu iddia edilən 2 nəfərin isə məhkəməsi davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol