Menu

Erməni jurnalist Ağdam məscidinin minarəsində - Fotolar

13.05.2015, 08:56
Erməni jurnalist Ağdam məscidinin minarəsində - Fotolar

Ətrafı seyr edən Çamanyan şəhərin viranəyə çevrildiyini bildirib

Erməni jurnalist və blogger Sergey Çamanyan Azərbaycanın işğal altındakı Ağdam şəhərində olub. Modern.az-ın verdiyi məlumata görə, S.Çamanyan Ağdam məscidindən çəkdiyi şəkilləri paylaşıb.

Məscidin minarəsinə qalxaraq ətrafı seyr edən S.Çamanyan şəhərin viranəyə çevrildiyini bildirib.

Amma bunun erməni işğalçılarının əməli olduğunu etiraf etməyib.

Qeyd edək ki, məsciddən başqa Ağdamda bütün tikililər yerlə-yeksan edilib. Amma şəkillərdən Ağdam məscidinin də pis vəziyyətə düşdüyünü, onun divarlarında çoxlu güllə və mərmi izlərinin olduğunu görmək olur

Sergey Çamanyanın Ağdam məscisdindən çəkdiyi şəkilləri təqdim edirik.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol