Menu

Məktəbi bitirməyənlərə fürsət

13.05.2015, 09:04
Məktəbi bitirməyənlərə fürsət

Bu gündən etibarən 3 gün məktəbi bitirməyənlər üçün imtahan keçiriləcək

Bu gündən etibarən mayın 15-dək əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Eksternat imtahanları Bakıdakı 45 nömrəli tam orta məktəbdə reallaşacaq. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər.

İmtahana qeydiyyat aprelin 1-dən 20-dək aparılıb və ərizələri BŞTİ tərəfindən qəbul olunmuş eksternlər mayın 6-dan 8–dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biliblər.

İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol