Terror qruplaşmasının ikinci lideri bombardımana məruz qalıb
İraqın Müdafiə Nazirliyi İŞİD terror qrupunun ikinci hərbi liderinin öldürüldüyünü xəbər verib.
ANS PRESS-in məlumatına görə, nazirliyin məlumatına deyilir ki, o, ölkənin şərqində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin keçirdiyi hava əməliyyatı zamanı ölüb.
Nazirliyin sözçüsü Tahsin Ibrahimin mayın 13-də verdiyi məlumata görə, Tal-Afar şəhərindəki məscid vurularkən, yaraqlıların ikinci lideri Əbdül Rəhman Mustafa Muhamməd də orda olub. O həm də Əbu Alaa əl-Əfri kimi tanınır. İbrahimin sözlərinə görə, Əbdül Rəhman Mustafa Muhamməd həmin vaxt məsciddə silahlılarla görüş keçirirmiş. Əməliyyat zamanı həmçinin onlarla silahlının öldüyü bildirilir.
Qeyd edək ki, ABŞ rəsmiləri məlumatı təsdiqləmir.


Şərhlər