Menu

Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşdı

14.05.2015, 10:18

admin-ajaxMayın 13-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 68,58 dollara satılıb.

Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib. Məlumata görə, bu, mayın 12-də qeydə alınmış qiymətdən 1,14 dollar çoxdur.

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol