Menu

2 tondan çox narkotik maddə müsadirə olundu

14.05.2015, 10:31
2 tondan çox narkotik maddə müsadirə olundu

Ekvadorda hüquq-mühafizə orqanları həyata keçirdikləri əməliyyat nəticəsində 2 tondan çox kokain müsadirə ediblər. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, narkotik maddə Quayakil dəniz limanından ABŞ-a yollanan gəmidə aşkarlanıb.

İnsidentlə əlaqədar 5 nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, ilin əvvəlindən Ekvadorda 25 ton narkotik maddə müsadirə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol