Estoniya Müdafiə Nazirliyi “yaşıl adamcıqlar” kimi məşhurlaşmış Rusiya diversiya qruplarının və xüsusi təyinatlı QRU döyüşçülərinin hücumunu dəf etmək üçün “dəqiq plan” hazırlayıb.Virtualaz.org saytı xəbər verir ki, bu barədə Estoniyanın müdafiə qüvvələrinin komandanı, general-leytenant Rixo Terras “Financial Times”ə bildirib.“Estoniya və onun qonşuları Ukrayna deyil. Bizim istənilən “yaşıl adamcıqlar”ın hücumunu dəf etmək üçün dəqiq planımız var”- deyə general bildirib.
Əhalisi cəmi 1,3 milyon nəfər olan Estoniyada bu həftə misli görünməmiş miqyasda hərbi təlimlər başlayıb. Təlimlərdə 13 min hərbçi iştirak edir, onların 7 mini çağırışçılardır.
“Əgər Rusiya agentləri və ya xüsusi təyinatlı qüvvələri Estoniya ərazisinə müdaxilə edərsə, dərhal atəş açmaq lazımdır, onlardan gözə ilk görünəni vurmaq barədə əmr verilib. Əgər kimsə tanınma nişanı olmayan hərbi geyimdə ölkəyə soxulub terror aktı törədirsə, ona atəş açmaq lazımdır... Onların müdaxiləsinə yol vermək olmaz”- general Terras deyir.
Estoniyada eyni vaxtda NATO-nun da “soyuq müharibə”nin başa çatmasından sonra ilk genişmiqyaslı manevrləri başlayıb. General Terras deyir ki, Estoniya hücuma məruz qalarsa, NATO-nun dəstəyinə arxayın olmalıdır.
“Bizə əminlik lazımdır ki, 5-ci maddə işləyəcək. Və daha da mühüm olanı odur ki, Vladimir Putin də 5-ci maddəyə inanmalıdır. Biz buna xüsusi əhəmiyyət verməliyik”- deyə komandan bildirib.
Rixo Terras hesab edir ki, NATO ölkələri hərbi xərcləri artırmalıdır. Onun sözlərinə görə, Britaniya kimi ölkələrin hərbi xərclərini kəskin azaltması Estoniyanın müdafiə qabiliyyətinə zərbə vurub. Britaniya nüvə qüvvələrini də ixtisar edib və nəticədə alyansın müdafiə imkanları zəifləyib.


Şərhlər