Menu

Burundidə çevriliş: qruplar paytaxta nəzarət etməyə çalışır

14.05.2015, 18:43
Burundidə çevriliş: qruplar paytaxta nəzarət etməyə çalışır

Mərkəzi Afrikada yerləşən Burundidə rəqib qüvvələr paytaxt Bujumburaya nəzarət etməkdən ötrü yarışırlar.

Dövlət televiziyası binasında ağır atışmanın olduğu bildirilir.

Yüksək hərbi qaynaqdan verilən məlumata görə, Prezident Pierre Nkurunziza-ya sadiq əsgərlər hava limanı da daxil olmaqla şəhərin əsas hissələrinə nəzarəti ələ keçiriblər.

Çevrilişin başında duranların iddiasına görə, onlar nəzarəti əllərində saxlayırlar.

İğtişaşlar cənab Nkurunziza-nın üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini elan etməsindən sonra başlayıb.

Opponentləri bildirir ki, bu, konstitusiyaya ziddir.

Bujumburadakı şahidlərin bildirdiyinə görə, onlar gecə ərzində prezidentə sadiq qoşunlarla çevrilişi dəstəkləyən qruplar arasında ağır atışmanı eşidiblər. Lakin şəhərə kimin nəzarət etdiyi aydın deyil. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol