Türkiyə NATO-nun növbəti sammitində alyansın Gürcüstan da daxil, yeni namizədlər hesabına genişlənməsinin elan edilməsinin tərəfdarıdır.
Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO ölkələri XİN başçılarının Antalya görüşünə yekun vurarkən bildirib.
“Biz NATO-nun genişləndirilməsinin tərəfdarıyıq. Bu gün bizim 4 namizəd ölkəmiz var – Çernoqoriya, Bosniya və Hersoqovina, Makedoniya və Gürcüstan. Və biz istəyirik ki, 2016-cə ildəki sammitin məqsədi alyansın genişlənməsi olsun”, - deyə Türkiyə xarici siyasət idarəsinin başçısı qeyd edib.


Şərhlər