Menu

"Mən İraqa girməzdim..." - Ceb Buş

15.05.2015, 11:26
"Mən İraqa girməzdim..." - Ceb Buş

ABŞ-ın keçmiş prezidenti Corc Buşun qardaşı Ceb Buş mayın 14-də deyib ki, İraq müharibəsini başlatmazdı.

“İndi bildiyimizi bildiyimdən, bu işə girişməzdim, mən İraqa girməzdim,” Bush bunu Arizonada kampaniya zamanı söyləyib. O, 2016-cı il prezident seçkisində Respublikaçıların namizədi olmağa əsas iddialıdır.

Buşun rəqiblərindən çoxu İraq müharibəsinə tərəfdar olmadığını deyib. Baxmayaraq ki, çoxları 2003-cü ildə prezident Buşun İraqı işğalını dəstəkləmiş, İraqın kütləvi qırğın silahı olduğunu iddia etmişdi. Ancaq bu silahlar tapılmadı.

İraq müharibəsində 4 min 400 ABŞ əsgəri həlak olub, minlərlə yaralı qeydə alınıb. Müharibə azı 1.7 trilyon dollara başa gəlib.

“Qardaşımın səhv etdiyini demək istəmirəm. Bu, baş verməyəcək. Mən ailəmi çox sevirəm”- Buş deyib ("Azadlıq" radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol