Nəsimi rayon məhkəməsi mayın 15-də həbsdə olan jurnalist Xədicə İsmayılın ev dustaqlığına buraxılması barədəvəsatəti təmin etməyib.
Bu barədə Turana jurnalistin vəkili Fariz Namazlı məlumat verib.
Prosesdə Xədicə İsmayılın özü də iştirak edib.
Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.
Xədicə İsmayıl2014-cü il dekabrın 5-də başqasını özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.
Sonradan ona qarşı mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə yeni ittihamlar irəli sürülüb.
O, ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.


Şərhlər