Menu

İtaliyada Qarabağ müşavirəsi...

15.05.2015, 19:15
İtaliyada Qarabağ müşavirəsi...

ATƏT-in Minsk Qrupunun amerikalı həməsrdi Ceyms Uorlik İtaliya hökuməti ilə Dağlıq Qarabağ konflikti ilə bağlı məsləhətləşmələr aparıb. Musavat.com-un məlumatına görə, bu barədə diplomat özünün twitter səhifəsindəki mikrobloqunda yazıb.

“Bu gün İtaliya hökuməti ilə müşavirə oldu. Minsk Qrupunun bütün üzvləri danışıqlar prosesinə yardım edir” – qeyd edib Uorlik.

Xatırladaq ki, Minsk Qrupunu üzvləri arasında İtaliya da var.

Maraqlıdır ki, Uorlik - son illər ərzində Qarabağ nizamlanmasında ən çox fəallıq göstərən üç həmsədrdən biridir. Ötən il atəşkəsin 20 illiyi ilə bağlı 6 bənddən ibarət həll modelini də o təklif eləmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol