Menu

"Taliban" üzvləri Tacikistan sərhədinə yaxınlaşıb

15.05.2015, 19:59
"Taliban" üzvləri Tacikistan sərhədinə yaxınlaşıb

“Taliban” hərəkatı silahlı terror qruplaşması Əfqanıstan ərazisində hərəkət edərək Tacikistanla sərhəddə yerləşən Bədəxşan əyalətinin təxminən 80 faizi üzərində nəzarəti ələ keçirib. SalamNews-un verdiyi xəbərə görə, bu barədə TASS müxbirinə Tacikistanın xüsusi xidmət orqanının əməkdaşı məlumat verib.

“Hazırda terrorçuların ayrı-ayrı dəstələri Tacikistanla sərhədin bir neçə kilometrliyinə yaxınlaşıblar, bu Düşənbədə narahatlığa səbəb olmaya bilməz”,- deyə o qeyd edib.

Kəşfiyyat məlumatına əsasən, terrorçu qruplaşmaya aid dəstələr vaxtilə Pakistanın Şimali-Vəziristan əyalətində qəbilələrin yaşadığı regionlarda olub və Pakistan ordu qüvvələri tərəfindən sıxışdırılaraq çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol