Menu

Poroşenko sovet simvollarını qadağan etdi

16.05.2015, 08:56
Poroşenko sovet simvollarını qadağan etdi

Ukrayna prezidenti Pyotr Poroşenko sovet simvollarının qadağasına dair qanun imzalayıb. APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında bildirilir.

Bundan əvvəl aprelin 9-da Ali Rada paytaxt Kiyevdə və digər şəhərlərdə sovet heykəlləri, ulduzlar və digər simvolların ləğv edilməsi ilə bağlı qanun layihəsi müzakirə etmişdi.

Mayın 14-də Kiyev şəhər soveti Ukraynanın müstəqillik günü, avqustun 24-dək binalardan, metro stansiyalarından və digər memarlıq obyektlərindən sovet simvollarının yığışdırılmasına dair qərar qəbul edib.

2016-ci il, martın 31-dək sökülmüş kommunist simvollarının əvəzinə Kiyevdə Ukraynanın dövlət simvollarının qoyulması planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol