Menu

Türkiyədə tətil elan olundu

16.05.2015, 09:24
Türkiyədə tətil elan olundu

Türkiyədə “Fiat” və “Renault” avtomobil zavodlarının fəhlələri tətil elan edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, “Renault”-un Bursa şəhərindəki müəssisəsi işini dayandırmalı olub.Tətildə 2 500 fəhlənin iştirak etdiyi bildirilir.

Bir qədər sonra tətilə İtaliyanın “Fiat” və “Koç Holding” –in müştərək müəssisəsi olan “Tofas” zavodunun işçiləri qoşulub.

Fəhlələr əmək haqqının aşağı, əmək şəraitinin isə pis olmasına etiraz olaraq tətil keçirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol