Menu

ÖLKƏDƏ 20,6 MİLYARD MANAT KREDİT VERİLİB - Rəsmi rəqəm

16.05.2015, 13:08

kredit2015-ci il aprelin 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayırıb. Statistika Komitəsinin məlumatına görə, verilmiş kreditlərin həcmi 2014-cü il aprel ayının 1-i ilə müqayisədə 29,8 faiz artmış, onun 77,8 faizi və ya 16,0 milyard manatı uzunmüddətli olub. Kreditlərin 1,2 milyard manatının, yaxud 5,9 faizinin ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin məbləği məzənnə korreksiyası nəzərə alınmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artaraq 2015-ci il aprel ayının 1-nə 7,8 milyard manata çatıb.

Aprel ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 1,05 manata, 1 Avroya 1,13 manata, 100 Rusiya rubluna 1,99 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,94 manata, 1,04 manata və 1,58 manata bərabər olub.

Qeyd edək ki, ötən ayın martın 1-nə olan göstəriciyə əsasən isə ayrılmış kreditlərin 1,1 milyard manatının ödəmə vaxtı keçmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol