Menu

"Amerika kimdir ki!?" – Xamenei

16.05.2015, 15:39
"Amerika kimdir ki!?" – Xamenei

“Fars körfəzində təhlükəsizliyin təmin edilməsi yalnız onun sakinlərinin öhdəsindədir. Amerika kimdir ki!? Amerika burada yalnız öz mənafeyini düşünür. Fars körfəzinin təhlükəsizliyi hamının xeyrinədir. Əgər burada təhlükəsizlik olsa hamı bəhrələnəcək, təhlükəsizlik pozulsa hamı üçün pozulacaq.” SalamNews –un İRNA agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Əli Xamenei müsəlman ölkələrinin səfirlərini qəbul edərkən deyib.

Ayətullah Xamenei müqəddəs "Məbəs" günü ilə əlaqədar müsəlman ölkələri səfirləri qarşısında çıxışı zamanı, bölgədə, xüsusilə də Fars körfəzində təhlükəsizliyin təmin edilməsi üçün ABŞ-a ehtiyac olmadığını, əksinə Amerikanın bölgədə öz mənafeyi qəsdində olduğunu bəyan edib.

Ali lider həmçinin Səudiyyə Ərəbistanının Yəmənə hücumunu da tənqid edib.

“Haram aylarda Məkkə müşrikləri belə döyüşləri dayandırardılar. O zamanın müşriklərindən daha pis olan bu gün bəziləri haram aylarda yəmənli ailələri yasa matəmə qərq edirlər.”, - deyə Ayətullah Xamenei Yəmənə edilən hərbi təcavüzə münasibət bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol