Menu

Rusiya Krıma qoşun yeridir

16.05.2015, 16:34
Rusiya Krıma qoşun yeridir

Kreml: "Bu, NATO-nun Şərqi Avropada genişlənmək planına cavabdır"

Rusiya NATO-nun Şərqi Avropada genişlənmək planına cavab olaraq, Krımda hərbi iştirakını artırmaq qərarına gəlib. Anspress-in məlumatına görə, bunu Rusiyanın NATO-dakı elçisi Aleksandr Qruşko bildirib.

O deyib ki, Moskva NATO-nun Polşa və Baltik ölkələrində hərbi iştirakının artdığını müşahidə edir və bu yolverilməzdir: "Biz ABŞ-ı Avropada yerləşdirdiyi nüvə silahlarını çıxarmağa çağırırıq. Çünki, bu, Avropanın təhlükəsizliyinə və sabitliyinə böyük tövfə verəcək."

Xatırladaq ki, Baltik ölkələri ərazilərində NATO-nun daimi iştirakına razılıq verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol