Tərəflər ikitərəfli əməkdaşlığı genişləndirirlər
Rusiya KİV-nin yaydığı məlumata görə, Hindistanın baş naziri Narendra Modinin Çin Xalq Respublikasına (ÇXR) səfəri zamanı iki ölkə arasında əməkdaşlığa dair ümumi məbləği 22 milyard dollar həcmində nəzərdə tutulan iqtisadi razılaşma sənədi imzalanıb («TASS»).
Hindistanın Çindəki səfirliyinin cümə günü yaydığı məlumatda deyilir ki, imzalanan sənəd alternativ energetika, maliyyə, liman infrastrukturu və industrial parkların yaradılması sahələrini əhatə edir.
Çinə 3 günlük səfəri çərçivəsində Modi ÇXR-nın sədri Si Tszinpinlə və Dövlət şurasının baş naziri Li Ketsyanla görüşüb. Hindistan baş nazirinin apardığı danışıqların əsas mövzuları iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi və sərhədyanı problemlər olub.
Şənbə günü isə Hindistan hökumətinin başçısı Şanxayda iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşüb.
AzPolitika.info


Şərhlər