Amerikalı ekspertlər bu qənaətə gəliblər
Yer təkinin seysmik fəallığı gələcəkdə nəhəng həcmlərdə yeraltı suların «azad olması» ilə nəticələnə bilər ki, bu da öz növbəsində, Dünya okeanı səviyyəsinin qalxmasına gətirib çıxarar. Bu zaman bir çox sahilyanı şəhərlər, o cümlədən, Peterburq şəhəri su altında qalmaq təhlükəsi ilə üzləşər. Bu fikir Ümumdünya vəhşi təbiət fondunun amerikalı mütəxəssislərinin rəsmi məruzəsində yer alıb (Rosbalt).
Alimlərin sözlərinə görə, Rusiyanın Şimal paytaxtının su altında qalması qaçılmaz olacaq. Bu, sadəcə zaman məsələsidir. Ekspertlər əmindirlər ki, bu proses təxminən, 100 il vaxt aparacaq. Üstəlik də Rusiyada qlobal istiləşmə ahəngi digər ölkələrlə müqayisədə xeyli yüksəkdir. Sonuncu amil vəziyyəti bir qədər də qəlizləşdirir.
Xəbərdə bundan başqa deyilir ki, yüz ildən sonra Yamal yarımadasını və Leninqrad vilayətinin bəzi şəhərlərini də su basacaq. Rusiya meteoroloqları isə beynəlxalq təşkilatın mütəxəssislərinin fikri ilə razılaşmırlar. Onların fikrincə, hətta nəzərə alınsa ki, hər il Dünya okeanının səviyyəsi 3 millimetr qalxır, yüz il ərzində 30 santimetr qalxacaq su heç cür Peterburqu ağuşuna ala bilməz.
Rusiyalı mütəxəssislərin hesablamalarına görə, Dünya okeanında suyun indiki qalxma ahənginin saxlanması şərtilə, Şimal paytaxtını yaxın 500 il ərzində heç bir təhlükə gözləmir.
AzPolitika.info


Şərhlər