Rəsmi Tehran dünyanın hegemon dövlətləri ilə yekun nüvə sazişi əldə olunandan sonra 3 ay ərzində neft ixracını sanksiyalardan əvvəlki səviyyəyə qaytaracağına ümid bəsləyir. Anspress-in məlumatına görə, bunu İran neft nazirinin müavini, İran Milli Neft Şirkətinin idarəedici direktoru Rokneddin Cavadi Malayziyada Asiya Neft və Qaz Konfransında bildirib.
Onun sözlərinə görə, biz sanksiyalardan əvvəlki ixrac səviyyəsinə qayıdacağıq: "Məqsəd gündə 2.5 milyon barel neft ixrac etməkdir.
Xatırladaq ki, hazırda İran ilə "Altılıq" yekun nüvə sazişi üzərində işləyir. Məqsəd Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində İrana sanksiyaları qaldırmaqdır.


Şərhlər