Menu

Bakıda iki mərkəzi küçədə hərəkət tam məhdudlaşdırılır

18.05.2015, 14:05

stop-nishaniBu gecə Xətai rayonu Üzeyir Hacıbəyov küçəsi və Nəsimi rayonu Zərifə Əliyeva küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. “Azəryolservis” ASC-dən verilən məlumata görə, göstərilən ərazidə tam məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən axşam saat 22:00-dan səhər saatlarınadək tətbiq ediləcək.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edərək göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol