Menu

Bakıda 58 yaşlı qadın qızının borcuna görə özünü öldürdü (VİDEO)

18.05.2015, 17:17
Bakıda 58 yaşlı qadın qızının borcuna görə özünü öldürdü (VİDEO)

Bakıda qızının külli miqdarda borcuna görə bir həftə əvvəl intihara cəhd edən qadın xəstəxanada keçinib.

APA TV-nin "Vesti.az"a istinadən xəbərinə görə, Nizami Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər.

Bakı sakini, 1956-cı il təvəllüdlü Səfərgül Mustafa qızı Mahmudova bir həftə əvvəl sirkə turşusu içərək özünü öldürmək istəyib. Araşdırmalar nəticəsində məlum olub ki, 58 yaşlı qadını bu addımı atmağa onun kitabxanaçı qızının 15 min manat borclu olması vadar edib. Hadisədən bir müddət əvvəl kitabxanaçı qız işdən çıxarılıb və bu onun anasına pis təsir edib.

Araşdırmalar davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol