İran məhkəməsi daha iki milli fəala həbs cəzası oxuyub. Musavat com-un verdiyi məlumata görə, İran hakimiyyəti tərəfindən Güney Azerbaycanın milli fəallarından olan Taha Kermani ve Hüseyn Əli Məhəmmədinin hər birinə ayrı-ayrılıqda 13 il həbs cəzası verilib.
Təbriz məhkəməsinin çıxartdığı qərara görə, fəallar İran rejiminə qarşı hərəkətlər etdiyi üçün 10 il həbs cəzası alıblar. Bundan öncə isə məhkəmənin qərarı ilə fəalların hər birinə 3 il həbs hökmü oxunmuşdu.
Belə ki, fəallar İran dövlətinə qarşı çalışdıqlarına görə 1 il, İranın dini rəhbərinə qarşı təhqirə görə 2 il, dini məsələlərə tənqidi yanaşdıqlarına görə 5 il, Təbrizdə İran bayrağını yandırdıqlarına görə 5 il həbs alıblar.
Qeyd edək ki, Taha Kermani Türkiyədə mühaciratda yaşayır.


Şərhlər