Türkiyə hökuməti Misirin devrilmiş prezidenti Məhəmməd Mursi haqda çıxarılmış ölüm hökmünün ləğvi üçün bütün beynəlxalq mexanizmlərdən istifadə edəcək. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın bildirib.
Xəbər verildiyi kimi, ötən şənbə Qahirə məhkəməsi casusluq, həbsxanadan qaçma və kütləvi iğtişaş ittihamı ilə eks-prezident, habelə “Müsəlman qardaşları” hərəkatının daha bir neçə üzvü haqda edam hökmü çıxarıb. Lakin hökmü ölkənin Ali Müftiliyi təsdiq eləməlidir.
“Biz Səudiyyə Ərəbistanı, Qatar və İran körfəzinin digər ölkələri ilə birgə beynəlxalq birliyi bu məsələyə cəlb eləmək niyyətindəyik. Bu məqsədlə yaxın zamanda bütün beynəlxalq mexanizmləri, ilk növbədə də BMT-nin İnsan haqlarına dair komissiyasını hərəkətə gətirmək əzmindəyik” – deyib Kalın.
Mətbuat katibinin sözlərinə görə, Mursi barəsində ölüm hökmünün icra edilməsi Yaxın Şərq regionunu xaosa sürükləyə bilər.


Şərhlər