Ənsarullah Hərəkatının nümayəndəsi BMT-yə məktub göndərdi
Yəmənin Ənsarullah Hərəkatı BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhmədə məktub göndərib. Anspress-in məlumatına görə, Press tv bildirir ki, yaxın Şərq KİV-lərinin verdiyi xəbərə görə, Ənsarullah Hərəkatının müzakirələrdəki nümayəndəsi Mehdi əl-Məşat Şeyx Əhmədə göndərdiyi məktubda Səudiyyənin Yəmənə qarşı hücumlarının atəşkəsə baxmayaraq davam etdiyini qeyd edərək hücumları pisləyib.
Həmin məktubda, həmçinin Əl-Qaidə ünsürlərinin terror hücumlarının nəticələri ilə istefa verrərək qaçmış prezident Hadiyə bağlı silahlı şəxslərin hücumlarına da toxunularaq bu hücumlar barədə xəbərdarlıq edilib.
Həmçinin Səudiyyənin Yəməndə həyata keçirdiyi hücumlarda bu ölkəyə insan tələfatı, həm maddi və mənəvi zərərlər vurulduğu qeyd olunaraq BMT və beynəlxalq ictimaiyyətdən Yəmənlə bağlı öhdəliklərini yerinə yetirmələri tələb olunub.


Şərhlər